Biləsuvarda qoşqulu avtomobillə “KamAZ” toqquşdu
Ələt - Astara magistralında yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, qəza magistralın Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində “KamAZ” markalı yük avtomobili ilə üzərində ekskavator aparan qoşqulu avtomobil toqquşub.
Hadisəyə səbəb qoşqunun sürücüsü Cəlil Məmmədovla, sərnişin qismində olan ekskovatorun sürücüsü Məhəmməd Səfərov arasındakı mübahisə olub.
Nəticədə qoşqu, hərəkətdə olan Zahid Qəhrəmanlının idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkinRzayev
Rövşən Almazoğlu
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu