15 mindən artıq əhali getməyə xəstəxana tapmır

# 16:49
27 may 2022

İzlədiyiniz bu süjet Liman şəhərində yerləşən xəstəxana haqqında olsa da, bura xəstəxana deməyə adamın dili gəlmir. Şəhərin 15 mindən artıq əhalisinə bu bina xəstəxanadan çox, ilkin yardım edən ambulatoriya kimi xidmət göstərir. Keçən əsrin əvvəllərində dənizçilər üçün tikilən bu binanın indi divarları çatlayıb, döşəmələri çürüyüb, dam örtüyü dağılıb. Bundan başqa sağlamlıq müəssisəsinin nə istilik sistemi var. Nə də pəncərələri. Belə bir acınacaqlı şəraitdə 40 nəfər işçi çalışır və öz imkanları daxilində pasiyentlərə kömək olmaq üçün əllərindən gələni edirlər. 

Həm tibbi personalın, həm də şəhər sakinlərinin arzusu xəstəxananın təmirinin, ya da yeni binanın tikintisinin gerçəkləşməsidir. Maraqlıdır bəs aidiyyəti qurumlar məsələ ilə bağlı nə düşünür?

Zamin Rzayev məsələnin həlli ilə əlaqədar tezliklə müsbət irəliləyişlər olacağından əlavə onu da bildirdi ki, bu il Lənkəranda yerləşən 7 Ailə Sağlamlıq Mərkəzindən 2-si əsaslı təmir olunub, birinin isə yenidən tikintisi nəzərdə tutulub. 30 həkim məntəqəsindən isə ikisi əsaslı təmir edilib, 6-nın cari təmirə ehtiyacı var.

Belə, ümid edək ki, verilən vəd zamanında yerinə yetiriləcək. Yoxsa adı xəstəxana olan bu tikilidə gələcəkdə, heç tibbi yardım belə göstərmək mümkün olmayacaq.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR