Gördü qonşusu evdə yoxdu, 30 minlik qızılını apardı
Yardımlı polisi qonşusunun evindən 30 min manatlıq qızıl oğurlayan şəxsi saxlayıb.
Yardımlı rayonu ərazisindəki evlərdən birindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu olan həmin şəxs ev sahibinin olmadığını bildiyi üçün gecə saatlarında həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi Samir Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib