1992-ci ildən bu günə: Bakı Avrasiya Universiteti 30 illik yubileyini qeyd edir

# 16:22
28 aprel 2022

Beynəlxalq Muğam Mərkəzində bu münasibətlə keçirilən tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, deputatlar, Bakı Avrasiya Universitetinin əməkdaşlıq etdiyi Türkiyə universitetlərinin rektorları, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar və elm xadimləri iştirak ediblər.

 

Tədbirdə təhsil ocağının yaradılması, missiyası, məqsəd və vəzifələri, ötən müddət ərzində verdiyi çoxsaylı töhfələr haqqında qonaqlara məlumat verilib.

 

 

Təhsil ocağı 1992-ci ilin aprel ayının 30-da Azərbaycanda Ali Diplomatiya Kolleci adı altında fəaliyyətə başlayıb. 2005-ci il 30 iyun tarixindən etibarən Bakı Diplomatiya Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçib.

 

 

Daha sonra Bakı Avrasiya Universitetinin yaranmasının 30 illiyinə həsr edilmiş video çarx nümayiş etdirilib.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR