Bakıda bankdan çıxan şəxsi başından vurdular - HADİSƏ ANI

# 17:43
30 dekabr 2021

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək sanitar qovşağına gedən zaman onun baş nahiyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən qaçıb.

 

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib.

 

Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR