2 milyon vətəndaşa şamil olunacaq sərəncamda nələr var?

# 19:50
9 yanvar 2023

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiamətində aparılan  islahatlar davam etdirilir. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Artım 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlar şamil ediləcək. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq vəsait ayrılması təmin olunacaq. Üstəlik, minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Onu da qeyd edək ki, ötən il pensiyaçılara əlavə dəstək olaraq verilən maddi yardımlar bu ilin əvvəlindən pensiyalarının tərkibinə daxil edilib və növbəti mərhələ kimi bütün pensiyalar 2023-cü ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub.

 

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, artıq minimum əməkhaqqıdan aşağı maaş təklifi olmayacaq. O əlavə edib ki, artımlar 700 min işçini əhatə edir və davam edəcək.

 

Deputat əlavə edib ki, ünvanlı sosial müdafiə xərcləri üçün ayrılan vəsaitlər artırılacaq və 2023-cü il büdcəsi əsasən sosial iqtisadi inkişaf təyinatlı olacaq.

 

 “Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi durur”. Bunu isə iqtisadçı ekspert Pərviz Heydərov deyib. O əlavə edib ki, aparılan iqtisadi islahatlar nəticəsində büdcədən kənar gəlirlərin, o cümlədən kölgə iqtisadiyyatının da büdcəyə cəlb olunmasına şərait yaradılıb.

 

Ekspert onu da əlavə edib ki, artırımlar mövcud şəraitdə müşahidə edilən bahalaşma və inflyasiyanı kompensasiya edə biləcək.

 

Qeyd edək ki, 2019-cu ildə 4 milyard manat, 2020-ci ildə 600 milyon manat, 2022-ci ildə 1,5 mlrd. manat olmaqla, nəticədə son 4 ildə 4 milyon insanı əhatə  edən 3 islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb.

2023-cü ildə 2 milyona yaxın insanı əhatə edən yeni sosial islahat paketi üzrə isə illik daha 750 milyon manat əlavə vəsait nəzərdə tutulub.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR