2 yaşlı Nilay hələ də valideynlərini gözləyir

# 15:39
11 oktyabr 2021

Nilay anasın qucağında ana qoxusu ilə yatmışdı. Bu onun sonuncu ana laylası  ilə yatışı oldu. Söhbət ötən ilin oktyabrının 11 - də gecə saatlarında Ermənilər tərəfindən Gəncə şəhərinə atılan raket zərbəsi nəticəsində  ata - anası və nənəsini itirən 2 yaş  yarımlıq  Əliyeva Nilay Adil qızından gedir. Həmin gecə Nilay möcüzə nəticəsində dağıntılar altından sağ çıxarılıb. Körpənin valideynləri erməni  terroru nəticəsində şəhid olublar. APA TV-nin çəkiliş qrupu Nilayın Babasıgildə olub. Əməkdaşlarımızı elə Nilay özü qarşılayıb. O bizi görəndə sevincinin həddi hüdudu yox idi.

 

Babası deyir deyir ki, Nilay bu günə  kimi orada olan hadisələri danışır. Nilay atasını anasını hər gün soruşur, onları istəyir. Biz onu aldadırıq ki, onlar Rusiyadadır.

 

Hadisə 2020-ci ilin Oktyabrın 11-i təxminən gecə saat 2 radələrində baş verib. Nənəsi deyir ki, nəvəm həmin gecə dağıntılar altından kiçik zədələrlə xilas edilib.  

 

Dəhşətli gecədə Nilayın atası Adil Əliyev və ata nənəsi Afaq Əliyeva dağıntılar altında qalıb. Hər ikisi hadisə yerində dünyasını dəyişib. Anası Günay Əliyeva 3 saat dağıntı altında qaldıqdan sonra çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq hamilə qadının həyatını xilas etmək mümkün olmayıb, 1 gündən sonra anası da vəfat edib.

Nənəsi deyir ki, həmin gecənin qorxusu Nilayın canından çıxmayıb. Raket düşən anda onun yadında qalıb.

 

Nilay deyir gülür. Öz  balaca  dünyasını yaşayır. Sanki ata-anası indi  gələcək. Noyabrın 19-da Nilayın 3 yaşı tamam olur. Balaca  iki ildir ki, ad gününü valideynləri olmadan qeyd edir.

 

Qeyd edək ki, Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. 35 nəfər isə müxtəlif bədən xəsarəti alıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR