2 yaşlı uşaq ilanı sürüdü

# 07:37
8 oktyabr 2021

Dünyaca məşhur timsah ovçusu Matt Vrayt rəsmi “İnstagram” hesabından 2 yaşlı oğlunun nəhəng ilanı quyruğundan tutaraq sürüdüyü görüntüləri paylaşıb.

 

APA TV lent.az-a istinadən məlumat verir ki, Vrayt uşağına vəhşi təbiət sevgisini aşılamağa çalışdığını qeyd edib. Videoda atasına kömək edən azyaşlı Banjo qorxmadan nəhəng ilanın quyruğundan tutaraq bağdan çıxarmağa çalışır.

 

Qeyd edək ki, Avstraliyalı Matt son 20 ildir vəhşi heyvanlarla yaşayır. Xüsusilə timsahlarla yaxın əlaqədə olduğu bilinən Vraytın paylaşdığı görüntülər izləyicilərə həyəcanlı anlar yaşadıb. Qısa müddətdə minlərlə bəyənmə və şərh alan video sosial mediada rezonans doğurub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR