20 Yanvar - Faciə, yoxsa qəhrəmanlıq günü?

# 20:06
18 yanvar 2023

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi kimi tarixə yazılıb.

 

Daha sonra çıxışçılar 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün müstəqilliyimizə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər.

 

Xalq artisti Nurəddin Mehdixanlı, 20 Yanvar tarixinə qəhramanlıq məktəbi kimi yanaşmalı olduğumuzu qeyd edib.

 

Qeyd edək ki, İrəli İctimai Birliyi tərəfindən sosial mediada 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı kampaniyanın keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR