SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat etdi – APA TV

# 23:40
3 oktyabr 2023

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat etdi – APA TV SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib.

Bu barədə APA TV-yə SOCAR-dan bildirilib. Qeyd edək ki, Xoşbəxt Yusifzadə 1930-cu ildə Bakıda anadan olub. Təhsilini Azərbaycan Sənaye İnstitutunda alan Yusifzadə neft sahəsində müxtəlif vəzifələrdə işləyib. 1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR