20 yaşlı gənc qətlə yetirildi
Göygöl rayonunda tanışlar arasında düşən mübahisə ölümlə nəticələnib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rövşən Nəsibov küçəsində fəaliyyət göstərən çay evlərindən birində baş verib. 2002-ci il təvəllüdlü Cavidan Məmmədovla, 1999-cu il təvəllüdlü Cəlal Apiyev arasında mübahisə düşüb. Nəticədə Cəlal Apiyev bıçaqla Cavidan Məmmədova bir neçə zərbə endirərək sonuncunu qətlə yetirib. Ölən şəxs tələbə olub.
Keçirilən əməliyyat axtarışları tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Cəlal Apiyev artıq saxlanılıb. İstintaq tədbirləri davam etdirildiyindən hadisənin dəqiq səbəbləri tam açıqlanmayıb.
Qeyd edək ki , qətlin hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV, Göygöl
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu