20 yaşlı gənc qətlə yetirildi

# 16:41
16 fevral 2022

Göygöl rayonunda tanışlar arasında düşən mübahisə ölümlə  nəticələnib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rövşən Nəsibov küçəsində fəaliyyət göstərən çay evlərindən birində baş verib. 2002-ci il təvəllüdlü Cavidan Məmmədovla, 1999-cu il təvəllüdlü Cəlal Apiyev arasında mübahisə düşüb. Nəticədə Cəlal Apiyev bıçaqla Cavidan Məmmədova bir neçə zərbə endirərək sonuncunu qətlə yetirib. Ölən şəxs tələbə olub.

 

Keçirilən əməliyyat axtarışları tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Cəlal Apiyev artıq saxlanılıb. İstintaq  tədbirləri davam etdirildiyindən  hadisənin dəqiq səbəbləri tam açıqlanmayıb.

 

Qeyd edək ki , qətlin hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV,  Göygöl

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR