“Müharibə veteranı” adı nə zaman veriləcək?

# 15:52
27 yanvar 2022

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı dövlət başçısı tərəfindən 2021-ci ilin sonlarında Sərəncam imzalanıb. Hazırda bu Sərəncama uyğun olaraq iş aparırıq.

 

APA TV-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib: “Vətən müharibəsi iştirakçılarının siyahısı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur. Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra Nazirliyin “Zəfər” altsisteminə daxil edilir. Həmin altsistemə daxil edildikdən sonra bu şəxslərə dövlət başçısının təsis etdiyi veteran təqaüdünün təyinatını aparırıq. Siyahıların hazırlanması və Nazirlər Kabineti ilə razılaşdırma prosesi davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək”.

 

Bundan başqa nazir müavini “Müharibə veteran”larına yanvar ayı üzrə ödənişlərin verilməməsi məsələsinə də aydınlıq gətirib.

 

Anar Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda proses davam edir və burada bir neçə qurumun fəaliyyətindən söhbət gedir.

 

Onun sözlərinə görə, bu proses mərhələli şəkildə təmin ediləcək və yanvar ayının ödənişləri də veriləcək.

 

Nazir müavini diqqətə çatdırıb ki, artıq “Zəfər” altsistemi aktivləşdirilib və istifadəyə verilib: “Zəfər” altsisteminə daxil olan şəxslər özləri barədə məlumatları “e-sosial” portalından ala bilərlər”.

 

Sevinc Vaqifqızı

Ceyhun Mustafayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR