“2500 AZN aldılar, amma uğursuz əməliyyat etdilər” – Şikayətçi

# 19:33
1 aprel 2024

“2500 AZN aldılar, amma uğursuz əməliyyat etdilər” – Şikayətçi – APA TV Anadangəlmə və ya sonradan yaranan estetik qüsuru aradan qaldırmaq üçün insanlar çox vaxt özlərini həkim bıçağının altına atırlar. Lakin bəzi hallarda bu əməliyyatlar bədbəxt hadisə ilə də tamamlanır. Cərrahların uğursuz əməliyyatı nəticəsində pasiyentə vəd olunan görkəmdən əsər-əlamət olmur. Plastik əməliyyat keçirilmiş şəxslər əməliyyatın nəticəsindən narazı qalırlar. Uğursuz əməliyyatın qurbanı olmuş vətəndaşlardan birindən müsahibə almışıq. Adının açıqlanmasını istəməyən şikayətçi 6 il öncə başına gətirilənlərdən danışdı. Psixoloqların fikrincə, uğursuz əməliyyatlardan sonra pasiyentlər özünəqəsd həddinə də çata bilirlər. Buna görə də əməliyyatdan öncə bəzi məqamlara diqqət yetirmək lazımdır. Reklam olunan, vəd edilən nəticələr əldə olunmayanda pasiyentin pulu qaytarılırmı? Bu və digər məsələlərə hüquqşünasla aydınlıq gətirdik. Azərbaycanda, əsasən qızlar arasında eyni burun və dodaqlıların sayı çoxalıb. Dəb ekspertlərinin, modelyerlərin fikrincə, bu, gözəllikdən çox hamının bir-birinə bənzərlik sindromudur. Mövcud vəziyyəti sindrom kimi qələmə verməklərinin səbəbi isə odur ki, sağlam tərz fərqliliyi ilə seçilməlidir, oxşarlıqla yox. Belə bir deyim də var - gözəllik anlayışı bütünlüklə zövqə aid məsələdir. “Sən Leyliyə Məcnunun gözləri ilə bax” deyimi də əbəs yerə yaranmayıb. Psixoloqların təbirincə desək, sizi bəyənən və sevənlər bunu plastik əməliyyat olmadan da edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR