Bank Of Baku

26 nəfər koronavirusdan öldü - STATİSTİKA

# 18:49
1 aprel 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 263 961 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 21 383 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14 375, hazırkı dövrədək isə 2 888 033 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR