31 yaşlı kişini niyə öldürdülər?-qonşular danışdı

# 17:45
24 mart 2022

Gəncədə qətl hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Abbas Səhhət  adına yaşayış massivində qeydə alınıb.

 

“Dəhşətli qətl hadisə gecə saatlarında şəhərin Abbas Səhhət adlanan ərazisində iki marketin arasında olan bu keçidə qeydə alınıb. İki gəncin arasında mübahisə düşüb. Nəticədə 31 yaşlı Əliyev Abbas bıçaq xəsarəti alıb. Yarlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.”

 

Aldığı bıçaq xəsarətlərindən ölən şəhər sakini 1991-ci il təvəllüdlü Əliyev Abbas Əziz oğlunun yaşadığı evdə olduq. Qonşuların sözlərinə görə öldürülən şəxs uzun müddət tüfeyli həyat tərzi yaşayıb.  Bir müddət bundan öncə  isə yaşadığı evi yandırıb. Qonşular bildirir ki, onun heç kəslə işi olmasa da yaşam tərzi normal olmayıb.

 

Keçirilən əməliyyat tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Qətldə şübhəli bilinən  2001-ci il təvəllüdlü Emil Quliyev adlı şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, Abbas Əliyevin 3 qızı, 1 oğlu övladı var. Onun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilir.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR