32 yaşlı Yusif Ələkbərov ən zəngin varis seçilib
“Lukoyl” neft şirkətinin yaradıcısı Vahid Ələkbərovun oğlu, 32 yaşlı Yusif Ələkbərov rusiyalı milyarderlərin varisləri arasında ən zəngin varis seçilib. Axar.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının yeni reytinqində deyilir. Məlumata görə, Yusif artıq bir neçə ildir ki, reytinq cədvəlində birinci yerdədir. Qeyd edək ki, Vahid.Ələkbərov “Forbes” jurnalının Rusiya üzrə ən varlı adamlar reytinqində altıncı yeri tutur, onun sərvəti 20,5 milyard dollar qiymətləndirilir. Yusif onun yeganə övladı olduğu üçün bütün sərvətin potensial varisi tək o sayılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu