34 il məhkumluq yaşadı, yenə də oğurluq etdi
Şəkidə ümumilikdə 34 il məhkumluq həyatı yaşayan şəxs oğurluğa görə saxlanılıb.
APA TV xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 7 nəfər onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə ümumilikdə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı heyvan bazarında satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu