Şəhid polkovnik-leytenantın övladlarına son vəsiyyəti nə idi?

# 17:36
2 sentyabr 2023

 Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələrinin elan olunmasından sonra sevinən ailələrdən biri də, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun ailəsi olub. Şəhidin xanımı və oğlu Ali məktəbə qəbul olunanlar sırasındadırlar. Şəhidin oğlu Əlihəsən Orucov 371 balla Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə, xanımı Nigar Ağamalıyeva isə 230 balla Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olublar. Nigar xanım deyir ki, bir oğlu artıq ötən il atasının ən böyük arzusunu gerçəkləşdirməyə çalışıb və hərbi tibb fakültəsinə daxil olub. Bu il isə onu qürurlandıran həm özünün, həm də digər oğlunun tələbə adını qazanmasıdır. Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlının azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid, Astara rayonunda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR