44 günlük müharibədən yayınan 11 min şəxsə cinayət işi açıldı

# 19:16
25 aprel 2023

Ermənistanda 756 nəfərə qarşı fərarilik etmələri barədə ittiham irəli sürülüb.

APA məlumat yayıb ki, bu barədə Ermənistan Baş Prokurorluğundan “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, söhbət 44 günlük müharibə və ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi hissəni icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina maddələri ilə ittiham olunan şəxslərdən gedir.

Məlumatda deyilir ki, ümumilikdə 10 687 nəfərə qarşı 1 786 cinayət işi açılıb, 143 şəxs barədə 118 iş məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR