58 yaşlı kişi arvadını bıçaqlayıb
Balakəndə mübahisə zəminində ər arvadını bıçaqlayıb.
Rayonun Mahamalar kənd sakini, 58 yaşlı Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı Ruhəngiz Piriyevaya bıçaqla xəsarət yetirib. Ruhəngiz Piriyeva Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA TV-yə bildirib ki, hadisəni törətməkdə şübhəli sayılan Bilal Piriyev saxlanılıb. Ruhangiz Piriyevanın xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu