58 yaşlı kişi vanna otağında ölü tapıldı
Şəkidə 58 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
APA TV-nin məlumatına görə, hadisə Şəki şəhəri Səməd Vurğun küçəsində baş verib. 1963-cü il təvəllüdlü şəhər sakini Elman Cahangir oğlu Səmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Elman Səmədovun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon Şöbəsinə verilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu