59 yaşlı kişi qayadan yıxılıb öldü
Göygöldə bədbəxt hadisə verib.
APA TV -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini 1963-cü il təvəllüdlü Elman Məhərəmov kənd ərazisində qayalıq ərazidə olan zaman müvazinətini itirərək qayadan yıxılıb. 59 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaq onu xilas etmək mümkün olmayıb.
Məlumata görə, 59 yaşlı Elman Məhərrəmov qayadan yıxılan vaxt sərxoş olub.
Fuad Nazimoğlu, APA TV, Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu