600-dək Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.
APA TV-nin şimal bürosunun xəbərinə görə, bu proses artıq bir neçə gündür həyata keçirilir.
Belə ki, gün ərzində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.
Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu