Marketdən bu məhsulu qətiyyən almayın: Genetikanız dəyişir - APA TV

# 11:04
26 oktyabr 2022

Bu gün dünyada qida təhlükəsizliyi ilə bağlı vahimə yaradan məqamlardan biri də genetik modifikasiya olunmuş məhsulların istehsalı, satışı və istehlakıdır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən APA TV-yə bildirildi ki, ölkəmizdə GMO (Genetik modifikisiya olunmuş) məhsullara qətiyyən rast gələ bilməzsiniz.

Müstəqil ekspertlər isə eyni qətiyyətlə bunun doğru olmadığını düşünürlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunla qadağan edilməsinə baxmayaraq, ölkəmizdə GMO bitkiçiliyi çoxdan tətbiq olunur.

Azərbaycanda GMO məhsulları yetişdirmək üçün herbisid də satılır. Onun sözlərinə görə, ölkəmizdə bu maddə satışı genetik modifikasiya olunmuş bitkiçiliyin olmasından da xəbər verir. Mütəxəssis düşünür ki, bu maddə Azərbaycanın biomüxtəlifliyinə mənfi təsir edir, təbiətin harmoniyasını pozur: “Qanuni olaraq Azərbaycanda GMO məhsulları satılmır, lakin dolayı yollar ilə sübut etmək olar ki, Azərbaycan da GMO əkinçilik var. Bunun sübutlarından biri odur ki, AİB ofisində, dünyanın GMO istehsalçısı olan Mansarto şirkətinin herbisidi var. Herbisid GMO kənd təsərrüfatı məhsullarını yetişdirmək üçündür. Biz etimad edirik ki, herbisidə dözümlü olan bitkilər GMO bitkilərdir”.

 

Eyyub Hüseynov deyir ki, GMO-lu məhsulların müəyyən xarakterik xüsusiyyətləri var: “AİB tumu olmayan qarpız gətirirlər, içərisində toxumu olmayan. Təbiət canlı ailəmi elə yaradıb ki, onlar toxumundan yeni nəsil verir  və bitki əmələ gəlir. Misal üçün bizdə nümunə var hazırda bazarda olan qarpızın toxumu və Amerikan sortu deyilən qarpızın toxumu 3 min manatadır. Yəni kəndli o toxumu götürüb yeni ildə əkəndə o cücərti vermir bəzən AİB etimad edir ki, bu cür kənd təsərrüfatı bitkiləri , yəni toxumun cücərti verməyən bitkilər GMO bitkiləridir”.

 

Eyyub Hüseynov xatırladır ki, 10 il öncə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul olunub. Qanunda tələb olunur ki, ölkə bazarında satılan GMO orqanizmlər mütləq markalanmalıdır. Lakin biz hələ ki, bir dənə də olsun, markalanmış məhsul görmürük. Onun fikrincə, bu cür məhsullar ölkəyə başqa adlarla gətirilir deyə, bazarda GMO məhsulların olmadığı iddia edilir: “Azərbaycanda GMO orqanizmləri analiz edən 2-3 laboratoriya var. AİB həmin laboratoriyanın effektli işləyib işləmədiyini yoxlamaq üçün 5 il bundan öncə Braziliyadan gətirdiyim və istehlakçının özünün etiketdə qeyd etdi ki, bu GMO cipsilərdir. Onu mən anonim qablara tökdüm göndərdim həmin laboratoriyalara. Onlarda 1 qeyd etdi ki, burda GMO elementlər yoxdur, digəri isə göstərdi ki, bunlar GMO orqanizmləridir”.

 

Lakin təəssüflər olsun ki, Azərbaycanda GMO-nun lobbiçiliyini aparan insanlarda  var , və çox yaxşı haldır ki, Azərbaycan 14 ilə yuxarıdır ki, ümumi dünya ticarət təşkilatına daxil olmur, çoxlu təzyiqlər var Azərbaycana, təsadüfi deyil ki, onun emisarları dəfələrnən bizim ofisdə olublar məni inandırmağa çalışıblar ki, GMO təhlükəli deyil.

 

Eyyub Hüseynovun sözlərinə görə, heyvan yemləri arasında da GMO tərkibli olanlara  rast gəlmək mümkündür. Çünki bu sahədə iki tənzimləyici qanun var. Birində GMO tərkibli yemlərin ölkəyə gətirilməsi qadağan edilsə də, digərində buna icazə verilib.

 

Qida eksperti Ağa Salmanov da bu cür məhsulların hibrid formada gətirildiyini bildirdi: “Hibrid adı altında satılan məhsulların özü GMO məhsullar adlandırıla bilər, çünki hibrid adı ilə maskalanmış məhsullar artıq dünyanın demək olar ki, bütün ərazilərini zəbt edib. Necə zəbt edib? Deməli sizə verilən toxumlar, yəni siz bunu bir dəfə əkirsiniz ikinci dəfə bəhrə vermir və o torpaqlar zəhərləndiyinə, yandığına görə, o torpaqlarda siz yenidən toxum əkə bilərsiniz. Yəni ənənəvi toxumu artıq orda əkə bilməzsiniz ona görə də fikir verirsinizsə bütün ənənəvi toxumlar, müəyyən tərəvəzlər olsun bunlar artıq yoxa çıxırlar”.

 

Bəs bu cür məhsulların insan səhhətinə hansı mənfi təsirləri ola bilər? Terapevt Elvira Seydiyeva bildirdi ki, bir ərzağın tərkibində zülal transgenderi varsa, bu orqanizmə düşdükdə, bəzi xəstəliklərin yaranma riski yüksəlir: “İmmun sistemin zəifləməsi, allergik reaksiyalarının yaranması, metabolizm maddələr mübadiləsinin pozulması xüsusən də ləngiməsi, onkoloji xəstəliklərinin yaranma riskinin artması, antibiotik terapiyaya zəif cavabın verilməsi, yəni antibiotiklərə qarşı həssaslığın azalması, bu isə özlüyündə infeksion xəstəliklərlə daha çətin mübarizə deməkdir. İnsan orqanizmində toksiki maddələrin herbisidlərin toplanması, çünki GMO bitkilərin tərkibində bu cür toksiki maddələr çox olur”.

 

Bəs GMO məhsulları necə tanıya bilərik?

 

Terapevt Elvira Seydiyeva deyir ki, bu cür məhsullar normaldan daha iri, qabığı qalın, görnüşcə dana gözəl, cəlbedici görünür və mövsümü olmayanda da daim satışda olur. Ərzaq məhsullarında isə qatqı şəkilində rast gəlinə bilər. Buna görə qazlı içkilərdən, şirniyyatlardan, ketçup, mayonez, kolbasa, cipsi kimi məhsullardan az istifadə etmək məsləhətdir.

 

AYGÜN CARÇIYEVA,

KAMRAN NAMAZOV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR