63 yaşlı piyadanı maşın vurdu

# 13:00
2 mart 2022

Zaqatalada 63 yaşlı piyadanı maşın vurub.

APA TV-nin məlumatına görə, hadisə martın 1-i gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 132-ci kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

1968-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Şamil oğlu Abbasov idarə etdiyi "VAZ 21 074" markalı 99 VS 781 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən piyada 1959-cu il təvəllüdlü Əliheydər Böyükxan oğlu İslamovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Əliheydər İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Vuqar Heydərov, Əhməd Fərruxoglu

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR