DƏHŞƏT: Video oyuna görə atasının tapançası ilə anasını öldürdü

# 10:48
9 iyun 2022

Hindistanda video oyuna görə dəhşətli cinayət baş verib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Lakxnau şəhərində qeydə alınıb.

 

Belə ki, 16 yaşlı yeniyetmə anası tərəfindən oyunlara qoyulan qadağaya görə onu öldürüb.

 

Hadisəni törədən yeniyetmə saxlanılıb.

 

Oğlan dindirilərkən bildirib ki, anası ona oynamağı qadağan edib və bu, onu əsəbiləşdirib.

 

Bundan sonra o, atasına məxsus tapançanı götürərək qadını güllələyib.

 

Oğlan anasını öldürəndən sonra onun meyitini iki gün otaqda saxlayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR