64 kilometirlik hərbi karvan haradadır?

# 12:34
11 mart 2022

Bir neçə gün öncə Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı hərbi karvanla bağlı yeni məlumatlar yayılıb.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, peykdən çəkilmiş yeni görüntülər göstərir ki, hərbi karvanın bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib. 

 

Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.

 

Yedəklənmiş artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.

 

Berestyankada, aviabazadan təqribən 15 km qərbdə, bir neçə yanacaq daşıyan maşın və peyklərin məlumatına görə, çoxlu raketatan qurğular ağacların yaxınlığındakı sahədə dayanıb.

 

Qeyd edək ki, bundan əvvəl Kiyev vilayətinin Mokrets kəndi yaxınlığında Ukrayna ordusu rusların 7 tank və 1 BRM-ni ələ keçirmişdi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR