65 yaşlı ustanın hazırladıqları ölkənin hər yerində satışdadır

# 10:00
2 yanvar 2023

Nalbəndlik və dəmirçilik bir zamanlar geniş yayılsa da, texnikanın inkişafı ilə əlaqədar hazırda bu sənət sahələrini yaşadanları barmaqla saymaq olar. Hazırda unudulmaqda olan bu iki qədim peşəni qoruyub saxlamağa çalışanlardan biri də Lahic sakini Xosrov Abbasovdur.

Xosrov Abbasov 50 ilə yaxındır ki, həm nalbəndlik, həm də dəmirçilik edir.

65 yaşlı usta deyir ki, dəmirlə işləmək də, ata nal vurmaq da güc və səbir tələb edən işdir. Atın ayaq ölçüsünə, dağlıq və ya aran zonasında olmasına, həmçinin yarış və yük üçün istifadə edilməsinə görə nalların forması da dəyişir.

İlk işinə 9 yaşında ata babaların yanında başlayan usta deyir ki, uzun illərdir ki, burada çalışıram.

Xosrov ustanın hazırladıqları indi İsmayıllı ilə yanaşı respublikanın əksər bölgələrinə də satılır.

İşini çox sevdiyini deyən Xosrov Abbasov unudulmaqda olan bu el sənətlərini yaşatdığına görə məmnundur. O, indiki dövrdə nalbəndliyə marağın azaldığını bildirsə də, dolanışığından narazı deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR