7 il əvvəl “ölmüşdü”, indi məhkəməyə çıxarılır
2016-cı ildə məhkəmə tərəfindən ölmüş elan edilən şəxs yenidən hakim qarşısına çıxarılacaq.
“Qafqazinfo” məlumat yayıb ki, İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edən azərbaycanlı Şahin Salayev barəsində ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunan Salayevin işi hakim Fərid Namazovun icraatında araşdırılacaq.
Qeyd edək ki, Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub.
Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib