8 nəfər bu ərazidə MİNAYA DÜŞÜB

# 12:10
16 dekabr 2022

Bir qrup media nümayəndələri dekabrın 14 Kəlbəcərin Çıraq kəndində mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

Səfər Müdafiə Nazirliyinin təşkilatçılığı ilə təhlükəsizlik qaydalarına əməl edilməklə təşkil edilib. Məqsəd isə jurnalistləri erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərlə tanış etmək və düşmənin terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

İlk öncə əraziyə ANAMA-nın əməkdaşları cəlb olunub. Onlar partlayışın baş verdiyi ərazidən sübutlar götürüblər. İlkin ehtimala görə, partlayan "TM 62-M" tipli tank əleyhinə minadır. Hazırda ərazi minalarla çirklənib və çox təhlükəlidir:

8 nəfərin minaya düşdüyü ərazidə hazırda təmizləmə işləri aparılır.

Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov bildirib ki, bu minaların Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycana qarşı terror aktlarını hələ də davam etdirir.

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR