Vətən Müharibəsinin yeganə xanım şəhidinin xatirəsi anıldı

# 18:36
4 may 2022

Goranboy Səmədabad kənd tam orda məktəbində 44 günlük vətən müharibəsinin şəhidi Arəstə Baxışova xatirəsi anılıb.

Tədbir iştirakçıları Arəstə Baxışovanın keçdiyi döyüş yolundan danışıb. Çıxış edənlər şəhidimizin doğmalarına səbir diləyib, ruhuna dualar ediblər.

Səmədabad kənd tam orda məktəbin Arəstə Baxışoava adına 1-ci sinif şagirdləri şəhidin adını daşıyan sinifdə oxuduqları üçün fəxr etdiklərini bildiriblər.

Qeyd edək ki, Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. O, Vətən müharibəsinə könüllü qatılıb. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralıları çıxararkən şəhid olub. Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Goranboy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR