8 yaşlı qız 4-cü mərtəbədən yıxılıb öldü – SUMQAYITDA BƏDBƏXT HADİSƏ
Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
8 yaşlı Zəhra Ağazadə yaşadığı mənzilin pəncərəsinə çıxaraq aşağı baxmaq istəyərkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb.
Şahidlərin sözlərinə görə, pəncərədə tor olub. 8 yaşlı qız ona söykənib və bu zaman tor yerindən çıxaraq aşağı düşüb.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi