Universitetlərin ödəniş tələsi: Bizi kimlər soyur? - APA TV

# 18:08
13 iyul 2022

Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Onlardan 31%-i ödənişsiz 69%- i isə ödənişli ixtisaslardır. Universitetlərimizdə illlik təhsil haqqı 1200- 6000  manat arasında dəyişir. Bu rəqəmlər isə az qala hər il yüksəlir. Mütəxəssislər də, vətəndaşlar da düşünürlər ki, təhsil haqqının bu qədər yüksəlməsi real vəziyyətlə tərs mütənasibdir. Çünki təhsilin səviyyəsi olduqca aşağıdır. Təhsil haqqı isə dünyanın adlı-sanlı universitetlərində tələb olunan illik haqdan qat-qat yüksəkdir.

 

“2013-cü ildə məzun olmuşam. İmkansızlıqdan universitetə qəbul ola bilməmişəm. Fəhlə işləyirəm”.

 

“2200 çoxdur tələbə üçün, elə tələbələr var özləri işləyir qazanırlar. Türkiyədə illik ödəniş min manatdır”.

 

“Elə adam var 600 manata işləyir , o pulu necə versin ? Mən işləmirəm deyə  fikirləşirəm gələn ilin illik  ödənişin necə düzəldim”

 

“Moskvada  illik ödəniş min manatdır, amma burada iki üç mindən çoxdur ”.

 

“Savadlı uşaqlar var ki, təhsil haqqın ödəyə bilmədikləri üçün təhsildən uzaqlaşırlar ”.

 

Təhsil üzrə ekspert Elçin Əfəndi də düşünür ki, bu qədər yüksək təhsil haqqına rəğmən universitetlərdə yaradılan şərait də aşağı səviyyədədir.

 

Ekspert Kamran Əsədov bildirir ki, təhsilin əmək bazarının tələblərinə və  müasir standartlara cavab verməməsi gənclərin Azərbaycanda oxuma meylni də azaldır.  aşağı salır.

 

 

Qeyd edək ki, son 5 il ərzində 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən imtina edib. Nəzərə alsaq 2 il ərzində pandemiya dönəmində  universitetlər dərslər keçirilmədiyi üçün xərclərin böyük əksəriyyətindən azad oldular. Qardaş ölkə Türkiyədə bu məqam nəzərə alınıb təhsil haqqı 40% azaldılmışdı. Bizdə isə əksinə, ödəniş tələbi artmaqdadır. Ekspertlər düşünür ki, Nazirlər Kabineti illik təhsil haqları ilə bağlı məsələyə yenidən baxmalıdır. Eyni zamanda  tələbə kredit şərtləri yumşaldılsa, universitetlərlər ödənişlərdən azad olsa, tələbələr də ən azından təhsillərini yarımçıq saxlamaq məcburiyyətində qalmazlar.

 

 

Nərmin Murad

Xəyal İsgəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR