ABŞ Ermənistan-Azərbaycan danışıqlarından nə gözləyir? - APA TV

# 17:15
12 oktyabr 2022

ABŞ Dövlət Departamenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına həssas yanaşır və prosesə ən yüksək səviyyədə dəstək verəcək. APA TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. “ABŞ bu məsələ ilə məşğul olmağa davam edəcək və müəyyən nəticələr vəd edə bilmərəm, amma deyə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq, deyə o əlavə edib.

Ned Prays ABŞ-ın dövlət katibi Entoni Blinkenin Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli görüşünü xatırladıb və o, son hərbi əməliyyatlardan sonra belə formatda ilk görüş olduğunu vurğulayıb.

Prays onu da bildirib ki, dövlət katibinin bu yaxınlarda hər iki ölkənin xarici işlər nazirləri ilə telefon danışığı olub və Qafqazda danışıqlar üzrə baş məsləhətçi Filip Riker həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə gündəlik təmasdadır.

 

Fuad Sadıqov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR