"ABŞ Kiyevi eksperimental silahlarla təmin edəcək" - Defense One

# 15:50
6 aprel 2023

ABŞ pilotsuz təyyarələrlə mübarizə üçün Kiyevə on eksperimental kompleks göndərməyə hazırdır. Bu barədə "Defense One" məlumat yayıb.

Məqalədə qeyd edilir ki, ABŞ çərşənbə axşamı Ukraynaya "10 lazerlə idarə olunan c-UAS mobil raket sistemi" də daxil olmaqla, hava hücumundan müdafiə yönümlü böyük hərbi yardım paketini elan edib.

Məlumata görə, tədarük ediləcək kompleksə M240 pulemyot qurğusu və elektron döyüş sistemi də daxildir. Sınaq atışları zamanı sistem 10 km məsafədə uçan dronu aşkar edib, 5 km-dən vura bilib.

Kompleksdən atılan bir atəş 30.000 dollara başa gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR