Astarada naringi yığımına start verildi

# 16:40
29 noyabr 2021

Astaranın sitrus bağlarında naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, yerli sortlar gec yetişdiyindən indi bağlarda “karli” sortu yığılır. Sahibkarlar bildirir ki, bu il məhsuldarlıq ötən ilə nisbətən aşağıdır. Keçən il 5-6 ton məhsul verən bağda bu il məhsuldarlıq 2-3 tona düşüb. Buna baxmayaraq, kənd sakinlər bu vəziyyətdən narazı deyil.

 

- Çoxdandır burada yaşayıram, 30-40 il olar. Məşğuliyyətimiz sitrus bitkiləridir. Həyətdə 200-300 ədəd sitrus bitkiləri, ağaclarımız var. Dərib 80-90 qəpiyə, 1 manata satırıq. Kim saxlayır mart ayına, onda 1.50 manata satırıq. Demək olar ki, biz əsas bununla dolanırıq.

 

-Naringi yığımına təzə başlamışıq. Qiymətlər yaxşıdır. Bu, Karli sortudur hal-hazırda. Allah bərəkət versin.

Naringi geniş istifadə olunan çox faydalı meyvədir. 1 naringini yeməklə gündəlik C vitamini ehtiyacının yarıdan çoxunu ödəmək mümkündür. Nəzakət Eyvazova deyir ki, bu meyvəni kim nə cür istəsə, o cür istifadə edə bilər: “Naringidən ən çox yeməyə, kompot qoymağa, qrip xəstəliyinə qarşı, iştahasızlığa qarşı istifadə olunur, mürəbbə bişirilir. Kim nə istəsə, o cür istifadə edə bilər. Çox yaxşı meyvədir.”

 

Qeyd edək ki, Astarada 2298.8 hektar naringi bağı var. Onlardan 1048.4 hektarı məhsuldardır. Bu sahələrdən keçən il təsərrüfat sahibləri ümumilikdə 34 442 ton məhsul yığıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR