ABŞ Rusiyanın növbəti PLANINI AÇIQLADI
“ABŞ hesab edir ki, Rusiya hücum əməliyyatının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirməyə diqqət yetirəcək”.
Pentaqonun yüksək rütbəli rəsmisi bu barədə “Röyters”ə danışıb.
Mənbənin sözlərinə görə, Rusiya qüvvələri Zelenskinin ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün regionu müdafiə edən Ukrayna ordusunun qarşısını Donbasdan kəsməyə çalışacaq.
Onun sözlərinə görə, cümə günü Rusiya “xüsusi əməliyyatın” birinci mərhələsinin demək olar ki, başa çatdığını bildirəcək və əsas diqqətini Donbasın tam “azad edilməsinə” yönəldəcək.
Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında müdafiə mövqeyi tutur. Eyni zamanda, Ukrayna ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib