ABŞ səfiri Şəkidə səfərdə olub
ABŞ səfiri Li Litzenberqer Şəkidə olub.
APA TV-nin məlumatına görə, ABŞ səfiri Li Litzenberqer Şəkiyə səfəri çərçivəsində öncə Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdən sonra səfir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yerləşən Şəki Amerika guşəsinin açılış mərasimində iştirak edib.
Səfir Şəkiyə səfəri zamanı ABŞ hökuməti mübadilə proqramlarının məzunları ilə də görüşüb. O, məzunların, ABŞ-da əldə etdikləri bilik və təcrübələrinin həm karyeralarında, həm də Amerika guşəsinə və Şəki icmasına necə kömək etdikləri barədə maraqlanıb.
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq