Bakıda yaşlı qadını avtomobil iki dəfə vurub
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücüsü, 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub. Daha sonra “Mercedes”-i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib