Abşeronda avtomobil aşıb, ölən və yaralananlar var
Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.
APA TV xəbər verir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.
Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı “Nissan” markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu