Abşeronda qorxulu anlar: Alov yaşayış binasını bürüdü
7 mərtəbəli yaşayış binasında saat 10: 40 radələrində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 132 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın zamanı bina sakinlərinin təxliyəsi həyata keçirilib. Xoşbəxtlikdən xəsarət alan və ya ölən olmayıb.
Yanğınsöndürənlər tərəfindən binanın birinci mərtəbəsində yerləşən mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilsə də, mağaza sahibinə ciddi ziyan dəyib.
Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən tam söndürülüb.