Abşeronda yol qəzası baş verib - ÖLƏN VƏ YARALANAN VAR
Bakının Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, Bakı-Saray yolunda yol qəzası zamanı sürücü ölüb sərnişin isə ağır xəsarət alıb.
Belə ki, "Lada Priora" markalı avtomobil ilə "Saipa" markalı nəqliyyat vasitəsi toqquşub. "Saipa"nın hələlik ad soyadı bilinməyən sürücüsü hadisə yerində ölüb.
38 yaşlı sərnişin Elşad Cavadov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi