Ağsu rayonunun bu kəndinin yolunda nə piyada, nə də maşınla gəzmək mümkündür

# 10:00
6 mart 2023

Ağsu rayonunun Gəgəli kəndinin sakinləri illərdir həllini tapmayan yol problemindən şikayətçidir. Gözdən iraq qalan bu kəndin ən böyük problemlərindən biridə yol problemidir. Kəndin yolları sovet dövründə çəkilib. Sakinlər deyir ki, kəndə gələn 3 km-lik yol bərbad gündədir. Elə ki yağış yağdı, beş minə yaxın sakini olan kəndin yolunda palçıq əlindən hərəkət etmək mümkün olmur. Sakinlərin sözlərinə görə, yol elə bir gündədir ki, heç ayaqla da gəzmək olmur, qaldı ki, maşınla.

Sakinlər deyir ki, rayon icra hakimiyyəti məlumatlı olsa da həlli üçün heç bir tədbir görülmür. Problemlə bağlı Gəgəli kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri bildirdi ki, yolun təmir edilməsi ilə bağlı AAYDA-nə müraciət olunub.

Qeyd edək ki, Əhalisinin sayına görə, Gəgəli Ağsu rayonunun ən böyük yaşayış məntəqəsidir. İndi baxımsız qalan Gəgəli kəndi böyük keçmişi və qədim tarixi abidələri ilə seçilir.

Kənd Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin adı yerli əhali arasında “Gəyəli” kimi tələffüz olunur. Adıçəkilən kənd keçmişdə yayı Dağlıq Şirvanda, qışı isə kəndin ərazisində keçirmiş Gəgəli tayfasına mənsub ailələrin XIX əsrdə burada məskunlaşması nəticəsində yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR