Abşeronda yol qəzası zamanı 1 nəfər xəsarət alıb
Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub. APA xəbər verir ki, hadisə Saray qəsəbəsi istiqamətində olan hissədə qeydə alınıb. Belə ki, “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Vaz 2106” markalı maşını idarə edən sürücq sükana nəzarəti itirib. Nəticədə “Vaz” idarəetmədən çıxaraq “Chevrolet”-ə çırpılıb. “Chevrolet” yolayrıcı dəmirə çırpılıb. Qəza nəticəsində “Chevrolet” markalı maşının sürücüsü xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu