Aeroport yolunda ağır qəza: YARALILAR VAR
Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb. Hadisə aeroport yolunda qeydə alınıb. Betonqarışdıran maşının "Opel" markalı avtomobilin üzərinə aşması nəticəsində 3 nəfər xəsarət alıb. Hal-hazırda yolda hərəkət tənzimlənib. Aidiyyəti qurumlar betonqarışdıran maşını ərazidən uzaqlaşdırmaq üçün müvafiq tədbirlər görür.
Yol qəzasında xəsarət alan 3 nəfər təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.
Semral Cavad
Fariz Quluyev
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderimizin abidəsini ziyarət ediblər
Prezident TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib