Küçəyə çıxıb etiraz etdilər deyə, edam olunurlar

# 16:36
10 yanvar 2023

İranın Ali dini rəhbəri Əli Xameneyi ölkədə davam edən etiraz aksiyaları ilə bağlı narahat olduğunu bildirib və nümayişlərə qoşulanları “xain” adlandırıb.

Bu barədə “MOUZE” telegram kanalı məlumat verib. Bildirilib ki, Əli Xameneyi aidiyyatı dövlət orqanları və səlahiyyətlilərin küçələrə çıxanlara qarşı sərt tədbirlər görmələrini tələb edib.

Xatırladaq ki, Xameneyi bundan öncə də İran Məhkəmə Sistemi və Baş Prokurorluğundan nümayişçilər barədə sərt ölçü götürmələrini tələb etmişdi.

Qeyd edək ki, sentyabrın ortalarında Məhsa Əmininin ölümündən sonra ölkədə kütləvi etirazlarla qarşılaşan İran hakimiyyəti iğtişaşlara daha sərt cəzalar, o cümlədən edamlarla qarşılıq verir.

Azərbaycanlı fəalların mətbuata verdikləri məlumatlara görə, indiyədək 13 azərbaycanlının edamı ilə bağlı hökm çıxarılıb. Xarici medianın hesablamalarına görə, İran hakimiyyəti ölkədə davam edən iğtişaşlarla bağlı artıq 20-yədək ölüm hökmü çıxarıb. Norveç mərkəzli İran İnsan Haqları Təşkilatının son hesabatına görə, etirazlarda həbs olunan və nəzarətə alınanların sayı isə 20 mindən çoxdur.

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı isə İranı təcili şəkildə ölüm hökmlərini dayandırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR