Afət Fərmanqızı Məhkəməyə niyə gəlmədi?
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı bu gün keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.
Lent.az-ın xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulan bugünkü prosesin təxirə salınmasına səbəb müğənni Afət Fərmanqızının və müdafiəçisinin məhkəməyə gəlməməsi olub.
Belə ki, müğənninin vəkili bu gün məhləməyə bildiriş göndərərək səhhətində problem yarandığını, A.Fərmanqızının isə ölkə xaricində olduğunu bildirib.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün məhkəməyə verib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu