Masallıda dağlıq ərazidə yanğın lokallaşdırılıb

# 17:35
26 avqust 2022

 

Ötən gündən Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğın lokallaşdırıb. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, yanğın 8204 hektar meşə zolağının ilkin məlumata əsasən 5,5 hektarını əhatə edib. Yanğın zamanı əsasən Dəmirağacı, Palıd, Vələs və.s ağaclar yanıb. Yanan əraziyə texnikaların qalxması mümkün olmadığından əraziyə yanğından mühafizə bölmələri ilə yanaşı, yerli sakinlər, meşə təsərrüfatı və bərpası işçiləri, eləcə də Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR