Ağcabədidə dəhşətli yanğın baş verdi

# 16:37
27 iyul 2022

Ağcabədidə yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Qaradolaq kəndində qeydə alınıb. Rayon sakini Ramin Fərzəliyevə məxsus 4 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Bundan başqa evdən 11 metr aralı məsafədə yerləşən yardımçı tiklidə də yanğın baş verib. Ev sahibi Ramin Fərzəliyev deyir ki, yanğın baş verən zaman onlar Göyçay rayonunda olublar. Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev və yardımçı tikili tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib. Qeyd edək ki, 4 otaqlı mənzilin və yardımçı tikilinin hansı səbəbd

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR